İspaniya La Liqasının prezidenti Xavier Tebas Lionel Messi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Offsideplus.az xəbər verir ki, Tebas bildirib ki, 2023-cü ildə Messinin geri dönməsi üçün La Liqa tərəfindən heç bir icazə verilməyib və bu iddialar həqiqəti əks etdirmir:

“La Liqa heç bir şəkildə Messi’nin 2023-cü ildə geri dönməsinə icazə verməyib, bu doğru deyil”, – deyə prezident açıqlama verib.