"Neftçi" Misli Premyer Liqasının XXIII turunda "Turan Tovuz"a məğlub olub - 0:1.

Offsideplus.az xəbər verir ki, bu, "ağ-qaralar"ın Yuri Vernidub dövründə ilk məğlubiyyəti olub.

Ukraynalı mütəxəssis görüşdən sonra bunları deyib:

"Nə vaxtsa, məğlub olacaqdıq. Oyuna baxanda demık olmazdı ki, biz məğlubiyyətə layiq idik. Onlar şansını dəyərləndirə bildi, biz isə yox. Gələcəkdə nə olacağını həyat göstərəcək".

O, "Şamaxı" ilə oyunda baş verənlərin bu oyuna təsir etmədiyini düşünür:

"Keçən oyunla bu oyunun əlaqəsi yoxdur. İntensiv oyun gedirdi, ikinci hissə o qədər də yaxşı oynamadıq. Bu mərhələni də keçməliyik, bəli uduzduq, amma yolumuza davam etməliyik".

Biz bu gün onlardan heç bir şeydə geri qalmırdıq. Təəssüf ki, qol buraxdıq, bu da oyunun taleyini həll etdi".

O, mövsümün sonuna qədər bu heyətlə davam edəcəklərini bildirib:

"Dəfələrlə demişəm ki, mən gələndən bəri eyni heyətdir. Yalnız bir transferimiz olub. Bu heyətlə də yola davam edəcəyik.

Mənə qədər bir baş məşqçi olub. Həmin məşqçi haqqında pis heç nə deyə bilmərəm. O, bir komanda yığıb. Mən də gəlmişəm onunla işləməyə. Mən gəlim deyim ki, mənı qədər olan hamı günahkardır. Bunu heç vaxt etmərəm. Ona görə də çalışdığım komandalarda həmişə  uğurlu nəticə əldə etmişəm".

Vernidub Ramazan ayının oyunçulara təsiri barədə isə bunları söyləyib:

"Bəli, həqiqətən də bunun təsiri var. Amma bu, təkcə bizdə deyil, Azərbaycanda olan bütün komandalardır. Onların dini etiqadlarını pozmağa özümdə hüquq görmürəm. Bunun da öhdəsindən gələcəyik. Saat 8-də oyuna çıxmaq, 7-ə kimi yemək yeməmək...