ABŞ prezidenti Donald Tramp Avstraliya hökumətinə İran qadınlardan ibarət milli futbol komandası üzvlərinə sığınacaq verməyə çağırış edib.

Offsideplus.az xəbər verir ki, Tramp bildirib ki, əgər oyunçular İrana geri qaytarılsalar, onların həyatı təhlükə altında ola bilər. O əlavə edib ki, Avstraliya buna razı olmazsa, ABŞ onları qəbul etməyə hazırdır.

Məlumatlara görə, İran yığması Asiya Kuboku turnirində iştirak zamanı açılış oyununda milli himni səssizcə dinlədikdən sonra rejim tərəfindən tənqid olunub və “vətən xainləri” adlandırılıb. Bu səbəbdən oyunçuların təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb.

Beş futbolçu Avstraliyada polis mühafizəsi altında saxlanılır və sığınacaq üçün müraciət edib. İnsan haqları qrupları və peşəkar futbolçuların təşkilatı FIFPRO onların təhlükəsizliyi barədə ciddi narahatlıqlarını ifadə edib.

Eyni zamanda, İsrail hökuməti də Avstraliyaya bu futbolçulara sığınacaq verilməsi üçün çağırış edib.