“Mançester Yunayted” Çempionlar Liqasına düşməsə, nə qədər zərər edəcəyi bəlli olub.

Offsideplus.az
xəbər verir ki, klub 110–130 milyon funt sterlinq itirə bilər.


— UEFA Çempionlar Liqasına düşməmək klub üçün təxminən 70–80 milyon funt UEFA mükafat pulundan məhrum olmaq deməkdir. Bu pul “Mançester Yunayted”in səkkizdəbir finala qədər yüksəlməklə qazana biləcəyi məbləğdir.

— Təxminən altı ev oyunundan əldə ediləcək təqribən 30 milyon funt gəlir itirilir. Hər ev oyunu üçün orta hesabla 5 milyon funt nəzərdə tutulur.

— "Adidas" ilə illik 90 milyon funtluq forma müqaviləsində 10 milyon funt azalma baş verir, çempionlar liqasına düşmədikləri üçün.

— Oyunçu və işçi maaşları Çempionlar Liqasının olmaması səbəbindən 25% azalır (təxminən 78,25 milyon funt qənaət), bu, itirilən gəlirlərin bir qismini kompensasiya edir, amma tam əvəz etmir.