2026-cı il Dünya Çempionatıba hazırlaşan Haiti milli komandası turnirə sayılı günlər qalmış FİFA-nın gözlənilməz qərarı ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, qurum komandanın yeni formalarında yer alan bəzi tarixi təsvirlərin qaydalara uyğun olmadığını bildirərək onların dəyişdirilməsini tələb edib.

Məlumata görə, formaların dizaynında Haitinin müstəqillik uğrunda mübarizəsini əks etdirən simvollar yer alırdı. FİFA isə bu elementlərin siyasi və ya hərbi məzmun daşıya biləcəyini əsas gətirərək onların çıxarılmasını istəyib.

Qeyd edək ki, Haiti millisi bundan əvvəl Peru və Yeni Zelandiya yığmalarına qarşı keçirilən yoldaşlıq oyunlarında sözügedən formalarla meydana çıxmışdı. Lakin Dünya çempiobatının rəsmi tədbirlərində futbolçular artıq yenilənmiş formalarla iştirak ediblər.