"Şəfa" klubu "bir klub, bir şəhər, bir tarix və bir ailə" devizi altında hazırlanan yeni loqosunu nümayiş etdirib.
Offsideplus.az xəbər verir ki, paytaxt klubunun fəlsəfəsini, keçmişini və gələcəyini birləşdirən loqonun əsas elementlərindən olan qala divarı İçərişəhəri, ulduz rəmzi 2000/2001 mövsümündə qazanılmış Azərbaycan Kubokunu, alov fiquru isə dövlət gerbindən ilhamlanaraq Odlar Yurdunun tükənməz enerjisini simvolizə edir.
Üzərində klubun təsis ili (1998) qeyd olunan loqoda Xəzər dənizini əks etdirən mavi rəng sarsılmaz güvən və peşəkarlığı, ağ rəng isə saflıq və ədaləti təcəssüm etdirir.



