F1TV eksperti və keçmiş Formula 1 pilotu Colion Palmer "Mersedes"in sürücüsü Andrea Kimi Antonellinin Monako Qran-prisindəki parlaq qələbəsini şərh edib.

Offsideplus.az xəbər verir ki, ekspert italyan pilotun təbii istedadına heyran qaldığını gizlətməyib:

"Antonelli bu mövsüm tamamilə başqa səviyyəyə keçib. Monakoda poul qazanmaq, həm şənbə, həm də bazar günü üzərindəki dəhşətli təzyiqə tab gətirmək və üstəlik ən sürətli dövrənin ardınca qaçmaq yalnız qeyri-adi istedad sahiblərinin işidir.

Onun Monakodakı çıxışı mənə Sebastian Fettelin ən yaxşı illərini, xüsusən də ardıcıl qələbələr qazandığı 2013-cü il mövsümünü xatırlatdı. Antonelli ötmənin qeyri-mümkün olduğu trasda Lyuis Hemiltonla fərqi rahatlıqla qoruyub qələbəni təmin edə bilərdi. Lakin o, maksimum sürətlə hücum etməyə davam etdi, ritmi qorudu və trasda təhlükəsizlik maşını peyda olanda bu, komandanın köməyinə çatdı. Onun ən sürətli dövrəni vurmaq və karyerasında ilk Böyük Şlemi qazanmaq istəyi tam Fettel üslubunda idi".