"Barselona"nın keçmiş yarımmüdafiəçisi və baş məşqçisi Xavi Mayami və Seulda keçirilən əfsanələrin son iki matçının heyətindən çıxarılıb.

Offsideplus.az xəbər verir ki, "AS" nəşrinin yaydığı məlumata görə, bu qərar Xavinin prezident seçkilərində hazırkı rəhbər Joan Laportaya qarşı çıxması və Viktor Fontu dəstəkləməsi ilə bağlıdır. Əfsanələr komandasının heyətini Laportanın yaxın adamı Alexandro Eçevorriya formalaşdırdığı üçün bu qadağanın davamlı olacağı gözlənilir. Xavi seçkilər zamanı Eçevorriyanı klubu gizli idarə etməkdə və özünün vaxtilə baş məşqçi postundan qovulmasında rolu olmaqda ittiham etmişdi.

Mənbə bildirir ki, Xavi bu vəziyyətdən olduqca qəzəblidir. Kataloniya təmsilçisi isə bunun müvəqqəti problem olduğunu və zamanla tənzimlənəcəyini iddia edir.