"Zirə" heyətini qorumaq istiqamətində növbəti rəsmi addımlarını atıb.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi 5 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Qəsəbə klubu Eren Aydınla 3 illik, Davit Volkov, Aydın Bayramov və Elçin Əlicanovla isə 2 illik yeni müqavilə imzalayıb.
Bundan başqa, cari mövsümün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun sözləşməsindəki bənd qüvvəyə minib. Beləliklə, braziliyalı oyunçunun da müqaviləsi avtomatik olaraq daha 1 il uzadılıb.


