Braziliya millisinin hücumçusu Neymar komandanın dünənki məşqində də iştirak etməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Mənbə 34 yaşlı ulduz futbolçunun zədə durumunun getdikcə qəlizləşdiyini diqqətə çatdırıb. Böyük ehtimalla, təcrübəli forvard Braziliya yığmasının dünya çempionatındakı ilk matçında - Mərakeşə qarşı keçiriləcək qarşılaşmada meydanda olmayacaq. Onun qrup mərhələsinin növbəti oyunlarında (Haiti və Şotlandiyaya qarşı) iştirakı da sual altındadır.
Qeyd edək ki, may ayının sonunda baldır əzələsindən zədə alan Neymarın 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.


