FIFA milli komandaların növbəti reytinq cədvəlini elan edib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda mövqeyini itirib. Ötən ayı 124-cü sırada tamamlayan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iki pillə geriləyərək 1132 xalla 126-cı yerdə qərarlaşıb.

Yığmamızın mövqe itirməsinə iyun ayında keçirdiyi yoldaşlıq oyunlarındakı qeyri-stabil çıxışı səbəb olub. Belə ki, Maltaya 0:2 hesabı ilə uduzub, San Marinonu isə üstələyə bilib - 2:1.

Millətlər Liqasındakı rəqiblərimizə gəlincə, Litva yığması 1056.85 xalla 149-cu, Lixtenşteyn isə 797.70 xalla 206-cı pillədə yer alıb.

Cədvələ isə son dünya çempionu Argentina (1877.27 xal) başçılıq edir.