Cənubi Koreya millisinin kapitanı Son Xın Min Dünya Kubokunda Çexiyaya qarşı keçirəcəkləri ilk oyun öncəsi komandadakı yüksək əhval-ruhiyyədən danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu Qvadalaxarada təşkil olunan mətbuat konfransında rəqib fərqi qoymadan hər matça final kimi yanaşdıqlarını bildirib:

"Uşaqlar bu oyun üçün o qədər alışıb-yanırlar ki, mən reallıqda onları bir az sakitləşdirməli oluram. Gördüyümüz işlərin bəhrəsini verəcəyinə ümid edirəm və düşünürəm ki, biz buna tam layiqik. Komandada möhtəşəm ab-hava var, bunu komanda yoldaşlarımın gözlərindən oxuya bilirəm. Dünya çempionatının hər bir matçı elə önəmlidir ki, bir futbolçu kimi bura həyatını qoya bilərsən. Sabah meydanda əlimizdən gələnin daha çoxunu edəcəyik".