"Red Bull" klubunun keçmiş müşaviri Helmut Marko pilot Maks Ferstappenin digər sürücülərdən üstün olduğunu vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Marko niderlandlı pilotun hər dövrədə fərq yaratdığını bildirib:
"Maks hər dövrəni maksimum limitdə sürə bilən yeganə pilotdur. O, hər dövrədə digərlərindən təxminən saniyənin onda üçü qədər sürətlidir. Bu isə 60 dövrəlik yarışda 18 saniyəlik fərq deməkdir. Texnologiya sayəsində belə bir üstünlük əldə etmək üçün on milyonlarla vəsait xərcləmək lazımdır".
Avstriyalı mütəxəssis Ferstappenin yeni qaydalara etiraz etməsinə və dürüstlüyünə də toxunub:
"Maks hər zaman açıqsözlüdür. Bu gün Formula 1 daxili boş olan, amma sosial şəbəkələrdən aktiv istifadə edən pilotlara üstünlük verir. Buna görə də Maksın dürüstlüyü bir çoxlarının, o cümlədən Formula 1 marketoloqlarının və FİA rəsmilərinin boğazında qalan sümük kimidir".


