"Real Madrid"in yeni baş məşqçisi olacağı gözlənilən Joze Mourinyo portuqaliyalı yarımmüdafiəçi Vitinyanın "kral klubu"na transferini dəstəkləyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "SER Deportivos" portalı məlumat yayıb.
Təcrübəli mütəxəssis həmyerlisinin Madrid təmsilçisinin yarımmüdafiə xəttinə mükəmməl şəkildə uyğunlaşacağını düşünür. Mourinyonun fikrincə, PSJ-də uğurlu mövsümlər keçirən 26 yaşlı futbolçu İspaniya nəhənginin oyun üslubunu daha da gücləndirmək potensialına malikdir.
Qeyd edək ki, "Real Madrid" rəhbərliyinin də PSJ-də stabil oyunu ilə seçilən portuqaliyalı ulduzun transfer variantını nəzərdən keçirdiyi bildirilir.


