2026-cı il dünya çempionatının açılış mərasimi start götürüb.
Offsideplus.az xəbər verir ki, tədbir Meksikanın paytaxtı Mexiko şəhərində keçirilir.
Açılış mərasiminin ardınca dünya çempionatının ilk oyunu keçiriləcək. Turnirdə ümumilikdə 48 milli komanda mübarizə aparacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin birgə təşkilatçılığı ilə baş tutur. Turnirin oyunları ABŞ, Kanada və Meksikanın müxtəlif şəhərlərində keçiriləcək.


