Joze Mourinyo "Real"a baş məşqçi təyin olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 63 yaşlı portuqaliyalı mütəxəssislə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. Mourinyo komandaya iyunun 13-də qoşulacaq.
Qeyd edək ki, Mourinyo daha öncə 2010-2013-cü illərdə də “kral klubu”nu çalışdırıb və La Liqa, İspaniya Kuboku və Superkubokuna sahib çıxıb.


