Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Uqo Broos dünya çempionatları tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, belçikalı mütəxəssis mundial oyununa komanda çıxaran ən yaşlı baş məşqçi olub.
74 yaş 62 günlüyündə olan Broos bununla da almaniyalı mütəxəssis Otto Rehhagelin rekordunu təzələyib. Rehhagel bu göstəriciyə 71 yaş 317 günündə imza atmışdı.


