Kolumbiyalı müğənni Şakira tarixdə dörd futbol üzrə dünya çempionatında çıxış edən ilk sənətçi olub.
Offsideplus.az xəbər verir ki, ifaçı 2006, 2010, 2014 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında musiqi nömrələri ilə çıxış edib.
O, iyunun 11-də Mexikodakı "Asteka" stadionunda keçirilən 2026-cı il dünya çempionatının açılış mərasimində "Dai Dai" adlı mahnını ifa edib.
Beləcə Şakira dünya çempionatlarının tarixində dörd müxtəlif mundialın açılış və ya rəsmi tədbirlərində səhnəyə çıxan ilk sənətçi kimi rekorda imza atıb.


