Daha bir mütəxəssis "Real Madrid" klubunu çalışdırmaq istəyir.
Offsideplus.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Artetanın gələcək planları ilə bağlı maraqlı iddia irəli sürülüb.
Məlumata görə, Arteta əsas məqsədinin London klubu ilə trebl qazanmaq olduğunu bildirib. İspaniyalı mütəxəssis yalnız bundan sonra karyerasında növbəti addım kimi “Real Madrid”i çalışdırmaq ehtimalını nəzərdən keçirə bilər.
Qeyd olunur ki, Arteta hazırda bütün diqqətini “Arsenal” ilə böyük uğurlar qazanmağa yönəldib və komandanı eyni mövsümdə üç əsas titul – çempionat, ölkə kuboku və Avropa turnirində qələbəyə aparmaq istəyir.



