Çempionlar Liqasının son qalibi PSJ yarımfinalda "Bayern Münhen"lə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Paris klubunun baş məşqçisi Luis Enrike ilk matçdan öncə iddialı açıqlamalar verib. O, rəqibin sabitliyini qeyd etsə də, heç bir komandanın PSJ-dən üstün olmadığını bildirib:
"Məsələ təkcə hücum statistikası deyil, müdafiə baxımından da bunlar Avropanın ən yaxşı komandalarıdır. 'Arsenal' bu mövsüm inanılmaz iş görüb. 'Bayern Münhen' isə cəmi iki məğlubiyyətlə bizdən bir az öndədir. Amma komanda olaraq göstərdiyimiz performansa gəldikdə, biz zirvədəyik. Heç bir komanda bizdən yaxşı deyil".
Qeyd edək ki, hər iki klub öz ölkə çempionatlarında liderdir. Münhen təmsilçisi artıq Bundesliqa çempionluğunu rəsmiləşdirib, PSJ isə Liqa 1-də ən yaxın izləyicisi "Lans"ı 6 xal qabaqlayır.


