NBA-da "Orlando Mecik" sensasiya yaratmağa davam edir.

Offsideplus.az xəbər verir ki, pley-off mərhələsinin ilk raundunda Şərq Konfransının qalibi "Detroyt Pistons"u 94:88 hesabı ilə məğlub edən Florida təmsilçisi təmsilçisi seriyada hesabı 3-1-ə çatdırıb. Qələbədə əsas pay sahibi 22 xalla Dezmond Beyn olub. Onu Frants Vaqner (19 xal) və Paolo Bankero (18 xal) tamamlayıb.

"Detroyt"da Keyd Kanninqemin 25 xalı komandanı məğlubiyyətdən xilas etməyə yetməyib. Əgər "Mecik" çərşənbə günü keçiriləcək növbəti görüşdə qalib gələrsə, 2010-cu ildən bəri ilk dəfə növbəti mərhələyə yüksələrək turnirin favoritini pley-offdan kənarlaşdıracaq.