"Dallas Mavericks"in basketbolçusu Kuper Flaq 2025-2026 mövsümünün ən yaxşı denüt edən oyunçusu (Rookie of the Year) mükafatını qazanıb.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı oyunçu səsvermədə "Şarlott Hornets" üzvü Kon Knueppeli qabaqlayıb.
Flaq bu uğura imza atan "Mavericks" tarixinə düşən üçüncü oyunçu (Ceyson Kidd və Luka Donçiçdən sonra) olub. O, həmçinin Lebron Ceymsdən sonra bu mükafatı qazanan ən gənc ikinci basketbolçudur.


