“Barselona”nın sabiq prezidenti Xoan Laporta sabiq baş məşqçisi Xavi Ernandesin müsahibəsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Laporta açıqlamasında bildirib ki, Xavinin sözləri onu təəccübləndirib və incitib:

“Xavinin müsahibəsi məni təəccübləndirdi və incitdi. Onun incik olduğunu başa düşürəm. Eyni futbolçularla Hans-Diter Flik qalib gəlir, Xavi isə bunu bacarmadı”, – deyə Laporta qeyd edib.

O əlavə edib ki, Xavinin rəhbərliyi altında komandada uduzma ehtimalını hiss edirdi, lakin Flik ilə qalib gələcəklərinə əmin idi:

“Xavi ilə işlədiyimiz vaxt komandamızın uduzacağını düşünürdüm. Flik ilə isə qalib gələcəyimizi hiss edirəm”, – deyə prezident bildirib.