"Turan Tovuz" Misli Premyer Liqasının XXIII turunda səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikirlərini bildirib:

"Ümumilikdə götürsək, hər iki tərəf yaxşı oynadı. Oyunçularım qələbəyə layiq idi".

Təcrübəli mütəxəssis komandasının avrokubok şansı barədə isə bunları söyləyib:

"Bundan əvvəl də demişəm, oyundan-oyuna hazırlaşırıq. Hər şey çempionatının sonunda müəyyənlışəcək".

O, görüşün sonlarında iki forvardla oynamaqlarına da toxunub:

"Vadji yaxşı vəziyyətdə olduğu üçün hər iki hücumçunu eyni anda oynatmağa qərar verdik".

Berdıyev kubokla çempionat arasında fərq qoymadıqlarını da deyib:

"Heç bir fərqi yoxdur. Kubok da, çempionat da eyni əhəmiyyəti daşıyır. Hər oyun vacibdir".

O, qapılarının toxunulmaz olmadığını düşünür:

"Bu suala cavab vermək çətindir. Qapımız qarşısında təhlükəli vəziyyətlər olur. Əgər olmasa idi, bəlkə də belə demək olardı. Qapımız qarşısında vəziyəttlər olduğu üçün bumu demək olmaz".