İspaniyanın “Real Madrid” klubu baş məşqçi axtarışında olduğu iddiaları ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis Maurisio Poçettino klubun potensial baş məşqçi namizədləri siyahısına daxil edilib.

Bildirilir ki, Poçettino “Real Madrid”in prezidenti Florentino Perez tərəfindən yüksək qiymətləndirilir və onun idarəçilik bacarıqları böyük maraq doğurur.