"Aston Villa" qapıçısı Emiliano Martínez mərclərlə bağlı şirkətləri təşviq etməkdə ittiham olunaraq İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən araşdırılır.
Offsideplus.az xəbər verir ki, Emiliano Martínez artıq 18 aydan çoxdur ki, bir mərc şirkətinin brend səfiri kimi fəaliyyət göstərir.
FA qaydaları İngiltərədə peşəkar futbolçuların qumar fəaliyyəti ilə bağlı hər hansı təşviqat və ya dəstəyi qəti şəkildə qadağan edir.


