Azərbaycanın sərbəst güləş üzrə yığması Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında komanda hesaında 1-ci yeri tutub.

Offsideplus.az xəbər verir ki, milli komandamız 119 xalla bütün rəqiblərini qabaqlayıb. Gürcüstan komandası 114 xalla 2-ci, Türkiyə isə 73 xalla 3-cü yeri tutub.

Sərbəst güləş növündə xalça üzərinə çıxan 10 idmançımızdan 6-sı fəxri kürsüyə yüksəlib. Belə ki, Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatına ümumilikdə 24 güləşçi ilə qatılıb. Yarışa aprelin 12-də yekun vurulacaq.