UEFA tarixdə ilk dəfə olaraq avrokubokların 1/4 final oyunu üçün AFFA-ya təyinat  göndərib.
Offsideplus.az xəbər verir ki, AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva bu şərəfə layiq görülüb.
O, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) - “Dyurqarden” (İsveç) oyununa təyinat alıb. Həmvətənimiz bu matçda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qarşılaşma aprelin 17-də Vyanada Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.