Novak Cokoviç "Monte-Karlo Masters"də mübarizəni erkən dayandırıb.

Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçi ilk matçındaca məğlub olub. O, çilili Alexandro Tabilo ilə bacarmayıb.

Tabilo 6:3 və 6:4 hesabları ilə rəqibini 2 setdə məğlubiyyətə uğradıb.

Turnirin favoritlərindən Karlos Alkaras isə Fransisko Serundolonu üstələyərək növbəti mərhələyə yüksəlib. İspaniyalı raket ustası ilk setdə məğlub olsa da, digər iki setdə rəqibindən üstün olub - 3:6, 6:1, 6:0.

Alkaras növbəti mərhələdə almaniyalı Daniel Altmayerlə üz-üzə gələcək.