Azərbaycan çempionluğuna namizəd "Qarabağ" klubunda 2 yubiley ard-arda olub.

Offsideplus.az xəbər verir ki, komandanın fransalı yarımmüdafiəçisi Abdullah Zubirin Ağdam təmsilçisində 300 oyun səddini aşmasından sonra digər legioner Leandro Andrade yubileyini qeyd edib.

Kabo-verdeli futbolçu "köhlən atlar"la Misli Premyer Liqasında 100-cü oyununu keçirib. O, yubiley matçına XXIX turda "Zirə"yə qarşı çıxıb (1:0). 

2022-ci il fevralın 7-də "Qarabağ"da debüt edən 25 yaşlı yarımmüdafiəçi 100 görüşdə 32 qola imza atıb.