“Barselona”nın cinah hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni tarixi nailiyyətə imza atıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi dünən "Borussiya Dortmund" ilə qarşılaşıb. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. 17 yaşlı ispaniyalı 18 yaşına çatmadan ən çox 20 oyun keçirən ilk futbolçu olaraq Çempionlar Liqasının tarixində adını yazdırıb.

Xatırladaq ki, bu mövsümdə gənc hücumçu “Barselona” forması ilə bütün turnirlərdə 43 oyunda iştirak edib və 14 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb. O, klubla olan mövcud müqaviləsini 2027-ci ilin yayına qədər davam etdirəcək. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.