UEFA Çempionlar Liqasında başa çatan mövsümün ən yaxşı qolu seçilib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverdenin UEFA Çempionlar Liqasında "Mançester Siti" şəbəkələrinə göndərdiyi möhtəşəm qol turnirin Mövsümün Qolu mükafatına layiq görülüb.
Valverdenin bu mükafata layiq görülən qolu turnirin yaddaqalan matçlarından birində — "Santyaqo Bernabeu" stadionunda "Mançester Siti"yə qarşı keçirilən gərgin qarşılaşmada qeydə alınıb.
Bu qol həm estetik gözəlliyi, həm də matçın taleyində oynadığı kritik rola görə UEFA tərəfindən rəsmən mövsümün ən gözəl incisi elan edilib.


