Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq müdafiəçisi Yaşar Vahabzadənin 65 yaşı tamam olub.
Offsideplus.az xəbər verir ki, bu münasibətlə AFFA rəhbərliyi veteran futbolçu ilə görüşüb.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev yubilyarı təbrik edib, ona söz sözlərini və arzularını çatdırıblar.
Veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Y.Vahabzadə 1983-89 və 1993-97-ci illərdə "Neftçi"nin heyətində 263 oyun keçirib. O, futbolçu karyerasını başa vurduqdan sonra Azərbaycanın U-19, U-21 yığmalarında, həmçinin "Kəpəz" klubunda baş məşqçi işləyib.