Maks Alleqri ilə yollarını ayıran və komandada köklü dəyişikliklərə başlayan "Milan" rəhbərliyi baş məşqçi postu üçün rəsmi addım atıb.

Offsideplus.az xəbər verir ki, "rossonerilər" İspaniya və İngiltərədə göstərdiyi uğurlu performansla diqqət çəkən Andoni Iraolanın nümayəndələri ilə əlaqə saxlayıb.

Klub rəsmiləri gələn mövsümdən etibarən komandanın sükanını 43 yaşlı mütəxəssisə tapşırmaq niyyətindədir.

Tərəflər arasında keçirilən ilk görüşün müsbət keçdiyi və Andoni Iraolanın "Milan"ın təklif etdiyi yeni idman layihəsinə maraq göstərdiyi bildirilir.