Avropada yay transfer pəncərəsi öncəsi böyük bir yenilik yaşanıb.
Offsideplus.az xəbər verir ki, Fransa nəhəngi PSJ yarımmüdafiə xəttini gücləndirmək üçün hədəfini İspaniyaya çevirib. Paris təmsilçisi "Barselona"da Hansi Flikin rəhbərliyi altında komandadakı rolundan narahat olan niderlandlı ulduz Frenki de Yonqu heyətinə qatmaq üçün hərəkətə keçib.
PSJ rəhbərliyi bu yay 29 yaşlı yarımmüdafiəçi üçün Kataloniya klubuna rəsmi olaraq 55 milyon avroluq təklif təqdim etməyə hazırlaşır.
"Barselona"nın mövcud maliyyə çətinlikləri və Frenki de Yonqun növbəti mövsümdə oyun vaxtının azalacağından qorxması bu transferin reallaşma ehtimalını xeyli artırır. Kataloniyalılar müqaviləsi 2026-cı ildə başa çatacaq futbolçunu gələn il pulsuz itirməmək üçün Paris klubundan gələcək bu cəlbedici təklifi ciddi şəkildə dəyərləndirə bilər.



