"Çelsi" rəhbərliyi "Barselona"nın yaxından maraqlanmasına baxmayaraq, cari yay transfer pəncərəsində Joau Pedro barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, londonlular oyunçunun komandadan ayrılmasına icazə verməyi planlaşdırmır.
Kataloniya klubu braziliyalı hücumçunu Robert Levandovskinin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir. Lakin London təmsilçisi fərqli fikirdədir.
"Çelsi" rəhbərliyi komandanın sükanı arxasına keçməyə hazırlaşan Xabi Alonsonun gəlişi ərəfəsində heyəti qoruyub saxlamaq niyyətindədir. Klub həm Joau Pedro, həm də Koul Palmeri komandanın gələcəyi üçün "toxunulmaz" fiqurlar kimi görür və onların satışını qətiyyətlə rədd edir.
Eyni zamanda, "mavilər" komandanın gənc müdafiəçisi Levi Kolvill ətrafında yaranan transfer şayiələrinin qarşısını almaq üçün hərəkətə keçib.
Digər klubların futbolçuya artan marağı fonunda, London klubu Kolvill ilə müqavilənin müddətini uzatmaq üçün danışıqları sürətləndirməyə hazırlaşır.


