İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi öncəsi sensasiyalı bir yenilik yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Liverpul" rəhbərliyi komandanın təcrübəli braziliyalı qapıçısı Alisson Bekker ilə müsbət və dürüst keçən görüşün ardından onun bu yay komandadan ayrılmasına yaşıl işıq yandırıb.
İtaliyanın "Yuventus" klubu qapı xəttini dünya səviyyəli bir adla gücləndirmək üçün hərəkətə keçib və braziliyalı qapıçını heyətinə qatmaqda olduqca maraqlıdır.
"Liverpul" rəhbərliyi müqaviləsinin bitməsinə az qalmış 33 yaşlı qapıçı üçün təxminən 15 milyon avro civarında transfer haqqı tələb etməyi planlaşdırır.
Uzun illərdir Mersisayd klubunun uğurlarında böyük pay sahibi olan Alissonun yenidən İtaliya A Seriyasına qayıtmağa müsbət yanaşdığı bildirilir. Növbəti mövsümdə onun "Yuventus"un uğurları üçün tər tökəcəyi gözlənilir.


