“Arsenal” “Real Madrid”in futbolçusu Arda Güler üçün təxminən 30 milyon avroluq təklif hazırlayır.
Offsideplus.az xəbər verir ki, London klubu “Real"ın gənc türk futbolçusu Arda Güler üçün təxminən 30 milyon avro dəyərində rəsmi təklif hazırlayır. İngiltərə təmsilçisi 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. Arda Güler bu mövsüm çox oyun şansı qazana bilmədiyi üçün bu transferin həyata keçməsi real görünür.
Qeyd edək ki, türkiyəli gənc bu mövsüm “Real Madrid”lə 33 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Transfermarkt" portalına əsasən dəyəri 45 milyon avrodur. Hücumçu 2023-cü ildə “Fənərbağça”dan “Real Madrid”ə transfer olub.