AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı Braziliyanın Rio de Janeyro şəhərinə yollanıb.
Offsideplus.az xəbər verir ki, səfərdə məqsəd FIFA Komplayens Sammitində iştirak etməkdir.
Tədbirdə FIFA-nın üzv assosiasiyalarında komplayens sistemlərinin gücləndirilməsi, etik prinsiplərin tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda müzakirələr aparılır.
Günay Zamanlı sammit çərçivəsində beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi aparmaqla, AFFA-nı bu sahədə təmsil edir.