Los Angeles Lakers NBA-da pley-offa vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, heyətində Lebron Ceyms və Luka Donçiç kimi ulduzların oynadığı komanda bu gecə Dallas Mavericksə qalib gəlib.

Paralel keçən oyunda 7-ci yerdə qərarlaşan Golden State Warriorsun məğlubiyyətə uğramasından sonra Los Angeles Lakersin ilk "6-lıq"dan aşağı düşməyəcəyi rəsmiləşib. Beləliklə, pley-offda mübarizə aparacaq 9-cu klub müəyyənləşib.

NBA-da gecənin nəticələri:

Orlando Magic - Boston Celtics 96:76

Washington Wizards - Philadelphia 76ers 103:122

Dallas Mavericks - Los Angeles Lakers 97:112

Toronto Raptors - Charlotte Hornets 126:96

Chicago Bulls - Miami Heat 119:111

Utah Jazz - Portland Trail Blazers 133:126 (overtime)

Golden State Warriors - San Antonio Spurs 111:114

Phoenix Suns - Oklahoma City Thunder 112:125

Sacramento Kings - Denver Nuggets 116:124

Los Angeles Clippers - Houston Rockets 134:117