AFFA Hakimlər Komitəsi Misli Premyer Liqasının XXX turuna təyinatları açıqlayıb.
Offsideplus.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev və Rauf Allahverdiyevə yenə oyun tapşırılmayıb.
Hər iki hakim aprelin 2-də Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ilk görüşündə "Neftçi" - "Sabah" (1:2) matçının 90+1-ci dəqiqəsində meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməməkdə xətaya yol veriblər.
Ə.Ağayevin həmin matçın baş hakimi, Rauf Allahverdiyev isə VAR hakimi olub.
Adıçəkilən ədalət təmsilçiləri AFFA Hakimlər Komitəsi tərəfindən cəzalandırıldıqlarına görə Premyer Liqanın XXIX turunda da təyinat almamışdılar.
11 aprel
“Səbail” – “Qarabağ”
ASCO Arena. Saat 19:00
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
12 aprel
“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu. Saat 17:00
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
“Sumqayıt” – “Şamaxı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 19:15
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
13 aprel
“Kəpəz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu. Saat 17:00
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi” – “Zirə”
Neftçi Arena. Saat 19:15
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva