"Çelsi" icarə əsasında heyətində olan Ceydon Sanço barədə qərarını may ayında verəcək.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" 24 yaşlı futbolçunu transfer etmək istəsə, "Mançester Yunayted" 25 milyon funt-sterlinq ödəməli olacaq. Əgər onu almasalar, razılaşmaya görə "qırmızı şeytanlar"a yenə 5 milyon təzminat ödəməlidilər.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sanço cari mövsüm "Çelsi" forması ilə 31 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.