Futzal üzrə Azərbaycan milli komandasının əsas oyunçusu və kapitanı Rövşən Hüseynli yığmanın düşərgəsindən uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, buna 34 yaşlı idmançının intizamsızlığa yol verməsi səbəb olub.
Baş məşqçi Vitali Borisov R.Hüseynovu Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışından kənarlaşdırıb.
Bundan başqa, Nihat İsmayılov və zədəli Kamran Hacıyev milli komandadan yola salınıb. Əvəzində “Neftçi” İK-dan qapıçı Vladislav Reznov və “Şuşa”dan hücumçu Rüstəm Bağırov düşərgəyə dəvət alıb.
Futzalçılarımz sabaha qədər Bakıda məşq edəcəklər. Aprelin 9-da İsveçə yola düşəcək yığmamız bundan 2 gün sonra yerli komanda ilə üz-üzə gələcək. Aprelin 15-də isə Bakıda Azərbaycan - Xorvatiya matçı gerçəkləşəcək.