"Bavariya"nın idarə heyətinin üzvü Maks Eberl mövsümün sonunda komandadan ayrılacaq Tomas Müllerin gedişinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 51 yaşlı idarəçi bu qərarın verilməyinin asan olmadığını bildirib:

"Bu, "Bavariya"nın gələcəyi üçün verilən qərardır. Anlayıram ki, Müller söhbətdən sonra qəzəblənib. 

Mənim üçün də xoş olmadı. Bu qərarı verməzdən öncə 3 gün yata bilmədim".