Kolumbiya milli komandasının sabiq futbolçusu Xorxe Bolanyo 47 yaşında qəfil dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, o, qohumlarının birinin ad günündə ürəktutmasından vəfat edib.
X.Bolanyo daha çox İtaliya A seriyasındakı çıxışı ilə məşhurdur. Keçmiş yarımmüdafiəçi "Parma"nın heyətində İtaliya Superkuboku (1999-cu il) və İtaliya Kubokunu (2001-ci il) qazanıb. Bundan başqa, "Sampdoriya", "Leççe", "Modena" klublarının şərəfini qoruyub.
O, 21 yaşında Kolumbiya yığmasının tərkibində Fransada keçirilən dünya çempionatına da qatılıb. Əfsanəvi futbolçu Karlos Alberto Valderrama ilə eyni heyətdə yer alan Xorxe Bolanyo 3 oyundan 1-də çıxış edib.