Azərbaycan güləçiləri Serbiyanın Zlatibor şəhərində 15 yaşadək idmançılar arasında təşkil olunan Gimnaziadaya uğurla başlayıblar.

Offsideplus.az xəbər verir ki, sərbəst güləş yığmasının bütün üzvləri fəxri kürsüyə qalxıblar.  

Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərlik etdiyi kollektiv 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıb.

Elman İsmayılovla (38 kq) İbrahim Həsənov (44 kq) bütün rəqiblərinə qalib gəliblər. Hüseyn Rzazadə (41 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) yalnız finalda məğlub olublar. Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) isə üçüncü yeri tutublar.

Gimnazidada sabah yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Serbiyaya ümumilikdə 30 güləşçimiz yollanıb.