Rusiyalı MMA döyüşçüsü Petr Yan Usman Nurmaqomedovu Bakıda keçirilməsi gözlənilən UFC-də döyüşməyə çağırıb. 

Offsideplus.az xəbər verir ki, P.Yan şəxsi instaqram hesabında paylaşımında bildirib:

"Gəl, Bakıda ya da Əbu Dabidə döyüşək. 5 raundla! Haydı, gəl! Kəmər uğrunda döyüşmək istəyirəm. Hazırda ilk "5-lik" və "10-luq"da qərarlaşmış hamı demək olar ki, məşğuldur. Yarım il gözləməyə dəyməz. Umar, ümid edirəm, formadasan. Haydı, getdik!"

Qeyd edək ki, rəsmi açıqlama verilməsə də, bu il 21 iyun tarixində Azərbaycanın UFC-də döyüş gecəsinə ev sahibliyi etməsi gözlənilir.