Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) daha bir şirkətlə əməkdaşlığa başlayıb.

Offsideplus.az xəbər verir ki, qurum və Silk Way West Airlines arasında müqavilə imzalanıb.

Anlaşmanın detalları açıqlanmır.

Silk Way West Airlines 12 müasir Boeing 777F, Boeing 747-8F və Boeing 747-400F yük təyyarəsindən ibarət donanması ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli olaraq, hər ay dünyanın müxtəlif ölkələrinə yüzlərlə reys həyata keçirir.

Şirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır. Marşrut şəbəkəsi isə Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika daxil olmaqla, 40-dan çox istiqaməti əhatə edir.