Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə AFFA və "Azərpoçt" MMC-nin birgə təşəbbüsü ilə yeni poçt markaları dövriyyəyə buraxılıb.

Offsideplus.az xəbər verir ki, bu xüsusi filateliya nümunələri məşhur futbolçunun zəngin idman yolunu və irsini simvolizə edir. Yubiley buraxılışına bir poçt markası və xüsusi dizayn edilmiş poçt kartları daxildir. Poçt blokunun tirajı 2500, kartların sayı isə 1000 nüsxə təşkil edir. Bu addım unudulmaz hücumçunun xatirəsini yaşatmaq və gənc nəslə tanıtmaq məqsədi daşıyır.

Xatırladaq ki, Anatoli Banişevski XX əsr Azərbaycan futbolunun ən parlaq simalarından biri hesab olunur. SSRİ yığması ilə 1966-cı il dünya çempionatında dördüncü olan, 1972-ci il Avropa birinciliyində isə gümüş medal qazanan futbolçu, Neftchi klubunun heyətində 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatçısı adını qazanıb.

Milli komandada 50-dən çox oyun keçirən Banişevski 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif edilib, 2004-cü ildə isə UEFA tərəfindən Azərbaycanın son yarım əsrdəki ən yaxşı futbolçusu seçilib.