Ceylen Tomas 20-ci turun ən yaxşısı seçilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatın sonuncu – 20-ci turunda “Ordu” “Quba”ya 97:88 hesabıyla qalib gəlib. Bu qələbədə önəmli rol oynayan Ceylen Tomas turunun ən yaxşı basketbolçusu seçilib.

Azbasketbol tərəfindən açıqlanan qərara əsasən, Tomasın 27 xal, 5 ribaund və 1 məhsuldar ötürmə ilə göstərdiyi performans onu Turun Basketbolçusu adına layiq edib.